Azərbaycanlı iş adamı daha da varlanıb
2024-cü ildə rus milyarderlərinin sərvətinin 7,9 milyard dollar artacaq.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Bloomberg” yazıb.
“Bloomberg” indeksinə görə, dünyanın 500 ən varlı adamı siyahısına daxil olan 13 rusiyalı milyarderin ümumi sərvəti 2024-cü ildə 7,9 milyard dollar artaraq 167,96 milyard dollar təşkil edib.
O cümlədən, “Bloomberg” Milyarderlər İndeksinə əsasən, “Severstal”ın yaradıcısı Aleksey Mordaşovun sərvəti 25,3 milyard dollara, rusiyalı sahibkar Mixail Proxorovun 18,7 milyard dollara, “Lukoyl”un həmtəsisçisi Vahid Ələkbərovun varidatı isə 27,5 milyard dollara yüksəlib.
Nəşr daha əvvəl yazmışdı ki, respublikaçı Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi dünyanın ən zəngin on adamına 64 milyard dollar qazandırıb.
Xəzər
“Cebheinfo.az”