Bakı-Qəbələ-Bakı marşrutu üzrə reyslərin sayı artırıldı

Bakı-Qəbələ-Bakı marşrutu üzrə reyslərin sayı artırıldı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq iyunun 3-dən etibarən qatar reyslərinin sayını artırıb.

Bu barədə DY-dən məlumat verilib.

Bildirilib ki, qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Marşrut üzrə bir istiqamətə gedişhaqqı standart sinif üçün 14 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından

(https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

Cebhe.info