Bakıda doqquz ayda 25 mlrd. manatlıq məhsul satılıb

Bakıda doqquz ayda 25 mlrd. manatlıq məhsul satılıb

2024-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artaraq 24 milyard 949,1 milyon manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsi xəbər verir.

Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq 14219,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,4% artaraq 10729,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42,7 milyard manatlıq, o cümlədən 23,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

"Cebheinfo.az"