Bakıda və bölgələrdə qiymətlər belədir

Bakıda və bölgələrdə qiymətlər belədir

Yay aylarında adətən kənd təssərrüfatı məhsullarının bölgələrdə satış qiyməti ilə paytaxt bazarlarında satış qiyməti arasında kəskin fərq olur. Belə ki, bölgələrdə aşağı qiymətə olan tərəvəz bitkiləri və meyvələr paytaxtda bəzən ikiqat və daha artıq qiymətə satılır.

"Cebhe.info" bölgələrsə və paytaxt bazarlarında kənd məhsullarının satış qiymətini təqdim edir: Paytaxt bazarlarında pomidorun kilosu 1.50-3 manat arasında, bölgə bazarlarında isə 1.50-2.50 manat arasında, xiyarın paytaxt bazarlarında kilosu 1.20-1.50 manat arasında, bölgə bazarlarında isə 0.80-1 manat arasında təklif edilir. Qiymət fərqlərindən biri də lobyada müşahidə edilir. Belə ki, paytaxt bazarlarında lobyanın kilosu 3-4 manata, bölgələrdə isə 2 manata satılır.

Yayda ən çox istehlak edilən məhsullardan biri olan qarpız paytaxtda 45 qəpiyə, bölgələrdə isə 30-40 qəpiyə satılır. Bölgələrdə kilosu 0.50 qəpiyə təklif olunan yemiş isə paytaxtda bu qiymətin iki qatına, yəni 1 manata, hətta 1.50 manata təklif edilir. Badımcan - bibərin də qiyməti bölgələrdə və paytaxtda fərqli qiymətlərə satılır. Bölgələrdə 15 ədəd badımcan, yaxud bibər 1 manata satıldığı halda, paytaxtda isə onların 1 kilosu 1.50 manata təklif edilir.

Meyvələrin qiymətində isə kəskin fərq hiss edilmir. Ötən illərə nəzərən paytaxtda və bölgələrdə meyvələrin qiyməti minimum 3-4 manatdan başlayır.

Ləman İsmayıl
"Cebhe.info"