BFB: Fərdi investorların fəaliyyəti zəifdir
Azərbaycanda fərdi investorların fəaliyyəti zəifdir.
"Cebheinfo.az" xəbər verir ki, bunu BFB-nin yeni brendinq tədbirində qurumun idarə heyətinin sədri Ruslan Xəlilov deyib.
O, fərdi investorların zəif olmasının bir neçə səbəbini qeyd edib:
"Bunlar arasında maliyyə savadının aşağı səviyyəsi, investisiya alətlərinə çıxışın məhdud olması və bazarda infrastrukturun yetərincə inkişaf etməməsi xüsusi əhəmiyyətlidir. Maliyyə savadlılığının yetərli olmaması investorların riskləri düzgün qiymətləndirə bilməməsinə və maliyyə qərarlarında ehtiyatlı davranmasına səbəb olur. Bundan əlavə, ölkədə müxtəlif investisiya məhsulları, məsələn, səhmlər, istiqrazlar və digər maliyyə alətləri kifayət qədər tanıdılmır və əhalinin onlara marağı azdır".
"Cebheinfo.az"