“Brent” markalı neftin qiyməti 81 dollardan aşağı düşüb

“Brent” markalı neftin qiyməti 81 dollardan aşağı düşüb

Etalon markalı neftin qiymətləri bu gün dünənki kəskin endirimdən sonra yenidən aşağı düşüb, çünki investorlar ötən gün baş tutan “OPEC+” nazirlərinin görüşünün nəticələrini qiymətləndirirlər.

Cebhe.info “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,23 ABŞ dolları aşağı düşərək 1 barel üçün 80,63 ABŞ dolları təşkil edib.

Nyu-York əmtəə birjasında "WTI" markalı neftin yanvar fyuçersləri 0,4 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 75,92 ABŞ dolları olub.

Cebhe.info