Dövlət Neft Fondu bu il üç tona yaxın qızıl alıb

Dövlət Neft Fondu bu il üç tona yaxın qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə üç tona yaxın qızıl alıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Belə ki, 31 dekabr 2023-cü il tarixinə fondun qızıl ehtiyatı 101,8 ton (3 272 974,8 troya unsiyası) təşkil etdiyi halda aprel ayının 1-nə bu rəqəm 104,6 tona (7 499 milyon dollar) qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son üç ayda 2,8 ton və ya 2,8% artırıb.

Qeyd edək ki, bu ilin ilk rübündə ARDNF-nin investisiya portfelində qızılın payı 13,2% təşkil edib.

"Cebhe.info"