Dövriyyədəki pul kütləsi azalıb

Dövriyyədəki pul kütləsi azalıb

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi azalıb.

“Cebheinfo.az” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, hazırda dövriyyədə olan nağd pul kütləsinin həcmi 20 milyard 550 milyon manat təşkil edir.

Bundan əvvəl-31 iyula olan məlumatda isə dövriyyədə olan nağd pul kütləsinin həcmi 20 milyard 731 milyon 500 min manat olub.

Bu isə 181 milyon 500 min manat azalma deməkdir.

Vilayət Muxtar
“Cebheinfo.az”