Elektromobillərin satışı bu qədər artıb

Elektromobillərin satışı bu qədər artıb

Qlobal elektrikli avtomobil satışları iyul ayında Avropada tələbin azalmasına baxmayaraq, Çində rekord tələbin təsiri ilə 21 faiz artıb.

“Cebheinfo.az” xəbər verir ki, “Rho Motion” bazar araşdırma şirkətinin məlumatına görə, qlobal elektrik avtomobil satışları iyul ayında 21 faiz artıb.

İyulda dünya üzrə satılan elektrikli avtomobillərin sayı 1,35 milyona çatdığı halda, bu rəqəmin 0,88 milyonu Çində olub və illik bazda 31 faiz artım göstərib.

2024-cü ilin ilk yeddi ayında Çində plug-in hibrid (PHEV) satışları keçən illə müqayisədə 70 faiz artıb.

Çinin və dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olan BYD, eyni dövrdə qlobal BEV və PHEV satışlarında müvafiq olaraq 13 faiz və 44 faiz artım olduğunu bildirib.

İyulda Avropada aylıq satışlar 7,8 faiz azalıb. Yeddi aylıq dövrdə Aİ-nin ən böyük elektrikli avtomobil bazarı olan Almaniyada satışlar 12 faiz azalıb.

ABŞ və Kanadada elektrikli avtomobil satışları iyulda 7,1 faiz artıb.

Nigar
"Cebheinfo az"