Əmanət faizləri vergiyə cəlb ediləcək

Sabahdan Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri vergiyə cəlb ediləcək.
Sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilmişdi.
Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddəti artırılmayıb.
Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.
Cebhe.info