Fransada iqtisadi rifahın artım tempi iki dəfə azalıb

Fransada iqtisadi rifahın artım tempi iki dəfə azalıb

2022-ci ilin sonunda Fransada iqtisadi rifahın artım tempi təxminən iki dəfə - 2021-ci ildəki 9,1-dən 5,6 faizə düşüb.

Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun analitiklərinin məlumatlarına əsasən, dekabrın sonuna bu rəqəm 20,052 trilyon avro təşkil edib.

Bildirilir ki, ölkənin iqtisadi rifahı maliyyə və qeyri-maliyyə aktivlərinin ümumi dəyəri ilə iqtisadi subyektlərin (ev təsərrüfatları, müəssisələr və dövlət qurumları) öhdəliklərinin dəyəri arasındakı fərqdir. Artımın kəskin azalması bir sıra amillərlə, o cümlədən əmlak qiymətlərinin düşməsi ilə əlaqədar olub.

Cebhe.info