ICAO-nun Avropa/Şimali Atlantika Bürosunun direktoru Bakıda səfərdədir

ICAO-nun Avropa/Şimali Atlantika Bürosunun direktoru Bakıda səfərdədir

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa/Şimali Atlantika Bürosunun direktoru Nikolas Rallo iyunun 6-da Bakıya rəsmi səfərə gəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin kollektivi ilə görüş zamanı N.Rallo Azərbaycan Respublikası mülki aviasiyasının dinamik inkişaf etdiyini vurğulayaraq, ümumilikdə bu sahənin aktual məsələlərinə toxunub. O, bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək aviasiya təhlükəsizliyi üzrə ICAO auditinə hazırlıq çərçivəsində bu təşkilatla daha sıx əməkdaşlıq edilməsi təklifini irəli sürüb.

Öz növbəsində, Agentliyin rəhbərliyi Azərbaycanda mülki aviasiya sahəsində mövcud vəziyyət və perspektiv planlar barədə ICAO bürosunun rəhbərini məlumatlandırıb.

Sonra N.Rallo “Azərbaycan Hava Yolları” QSC və “Silk Way Holding” MMC-nin rəhbərliyi ilə görüşlər keçirib. Qonağa yeni təyyarələrin alınması və gələcək inkişaf planları barədə ətraflı məlumat verilib. N.Rallo eyni zamanda “Silk Way Technics” müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, N.Rallo Bakıya ICAO Şurasının prezidenti Salvatore Şikitanonun 7-9 iyunda ölkəmizə nəzərdə tutulan rəsmi səfəri ilə əlaqədar gəlib.

Cebhe.info