İranla münasibətlər kəsilərsə: İqtisadiyyata necə təsir edəcək? 

İranla münasibətlər kəsilərsə: İqtisadiyyata necə təsir edəcək? 

İranda Azərbaycan səfirliyinə qarşı edilən terror hücumunda sonra iki ölkə arasındakı münasibətlər gərginləşib.

Azərbaycan səfirliyin bütün əməkdaşlarını təxliyyə edib. Qeyd edək ki, bu qərar Təbrizdə fəaliyyə göstərən Azərbaycan konsulluğuna şamil edilməyib.

Konsulluq hazırda fəaliyyətini davam etdirir. Baş verənlərin fonunda iki ölkə arasında əlaqələrin kəsiləcəyi ilə bağlı müəyyən iddialar səslənir.

Siyasi və diplomatik münasibətlər aydındır, bəs bu, iqtisadi əlaqələrə necə təsir edəcək? ümumiyyətlə, İranla Azərbaycan arasında illik ticarət döriyyəsinin həcmi nə qədərdir?

Cebhe.info rəsmi rəqəmlərə istinadən xəbər verir ki, iki ölkə arasında ümumi ticarət dövriyyəsi 500 milyon dollar civarındadır. Rəsmi rəqəmlərə görə, ötən il ərzində İran Azərbaycana təxminən 492 milyon dollar dəyərində 759 min ton məhsul ixrac edib. İranın Azərbaycana məhsul ixracı 2020-ci ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 5 faiz artıb, çəki baxımından isə 17 faiz azalıb. Azərbaycan isə eyni dövrdə 35.8 milyon dollar dəyərində məhsul ixrac edib. İxrac məhsulunun ümumi çəkisi 20.3 min ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə dəyər baxımından 66 faiz artım deməkdir. Çəki baxımından isə artım 15.9 faiz təşkil edib. Qeyd edək ki, statistik məlumat 21 mart 2021 – 19 fevral 2022 dövrünü əhatə edir.

Vilayət Muxtar
Cebhe.info