Lirə son aylarda ilk dəfə bahalaşdı

Lirə son aylarda ilk dəfə bahalaşdı

Türkiyə valyuta  birjalarında dollar və avro son aylarda ilk dəfə lirə qarşısında dəyər itirib.

“Cebhe.info” xəbər verir ki, dollar 0.33, avro isə 0.07 faiz ucuzlaşıb. Hazırda 1 dollar 32.37 lirəyə təklif olunur.

Avro isə 34.78 lirə səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.

Vilayət Muxtar
“Cebhe.info”