Məhkəməyə verilən bu bank bağlanır?

Məhkəməyə verilən bu bank bağlanır?

“Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb.

Bank İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham edilir.

Maraqlıdır ki, bu bank da bağlanmağa doğru gedir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu mümkün deyil:

"Bank bağlanmağa doğru getmir. Bu bank həqiqi özəl və qeyri-inhisarçı banklar sırasında birincidir. Bu yanğın təhlükəsizliyinə görə olan bir şeydir. Yəqin hansısa binada bu təhlükəsizlik tələbinə əməl edilməyib. Bu da istənilən şirkətlərdə ola bilər. 

Şirkətlərin çoxunu yoxlasanız, görəcəksiniz ki, orada bu şərtlərə əməl olunmur. Yəni bu məsələnin bank fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Ola bilsin, bank cərimələnəcək, amma bağlanma təhlükəsi yoxdur".

Naibə
"Cebhe.info"