Mərkəzi Bank uçot dərəcəsini endirdi
Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsini endirib.
"Cebhe.info" bu barədə AMB-yə istinadən xəbər verir.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddi 8.5%-dən 8.25%-ə endirilib. Faiz dəhlizinin aşağı həddini isə dəyişməyərək 6,25% saxlayıb.
"Cebhe.info"