Mərkəzi Bankın dövriyyədəki notlarının həcmi azalıb
Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının həcmi azalıb.
“Cebheinfo.az” AMB-yə istinadla xəbər verir ki, dövriyyədə olan notlarının həcmi 913 milyon 400 min manat təşkil edir.
31 iyulda isə bu rəqəm 933 milyon 400 min manat olub ki, bu da ümumilikdə AMB-nin dövriyyədə olan notlarının həcminin 20 milyon manat azaldığı deməkdir.
Vilayət Muxtar
“Cebheinfo.az”