Pulumuz, yoxsa borcumuz çoxdur?

Pulumuz, yoxsa borcumuz çoxdur?

Azərbaycan Mərkəzi Bankı cari ilin 1 may tarixinə ümumi kredit portfelini və əhalinin əmanətlərinin həcmini açıqlayıb.

Mərkəzi Bankdan Cebhe.info-ya verilən məlumata görə, ümumi kredir portfelinin həcmi 20 milyard manatı keçib.

Belə ki, 1 may tarixinə olan ölkə üzrə kredit həcmi 20 milyard 379 milyon 600 min manat təşkil edib.

Bu fonda əhalinin banklardakı əmanətlərinin həcmi isə 12 milyard 211 milyon 600 min manatdır.

Vilayət Muxtar
Cebhe.info