"South China Morning Post"da Azərbaycanla bağlı məqalə dərc olunub
SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin Tədqiqat-İnkişaf və İnnovasiyalar üzrə direktoru Maqsud Məmmədovun Honkonqun yeganə ingilisdilli və ən oxunaqlı qəzeti olan "South China Morning Post"da Azərbaycanla bağlı məqaləsi dərc olunub.
Məqalədə ölkəmizin geosiyasi təsirini artırmaq, Çinlə Avrasiya regionu arasında əlaqələrin gücləndirilməsi, Azərbaycanın strateji mövqeyindən yararlanmaq və "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşmağın vacibliyi qeyd olunub.
Həmçinin məqalədə BRICS+ üzvlüyünün həm Azərbaycan, həm də Çin üçün potensial üstünlükləri təhlil olunub.
Məqalədə Azərbaycanın strateji mövqeyindən istifadə edərək, hər iki ölkənin yeni bazarlara çıxış, texnologiya transferi və inkişaf imkanlarından necə faydalana biləcəyi vurğulanıb, qlobal geosiyasi dinamikaların dəyişməsi müzakirə edilib.
"Cebheinfo.az"