Spirtli içkilərimiz üçün dünyaya açılan qapı

Spirtli içkilərimiz üçün dünyaya açılan qapı

Azərbaycandan Türkiyəyə hər il gömrük rüsumu olmadan 1,5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içkilər idxal ediləcək.

"Cebhe.info" xəbər verir ki, bu məsələ ilə bağlı Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilənin ratifikasiya ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Ötən həftə TBMM-də keçirilən müzakirələrdə bu təklif hökumətdən 273 səslə qəbul edilib. Bu mövzuda iki ölkə arasında “Preferensial Ticarət Sazişi” imzalanıb.

Belə ki, 10 il müddətinə qüvvədə olacaq müqaviləyə əsasən, Türkiyə Azərbaycandan şərab, tut, heyva, dəmir-polad məmulatları və qablaşdırma materiallarını gömrük rüsumu olmadan alacaq.

Türkiyə isə Azərbaycana mis məftil, paltaryuyan maşın, monitor, videoregistrator, avtomobil hissələri və alüminium göndərəcək.Azərbaycan bu məhsullardan gömrük rüsumu almayacaq.

Ləman İsmayıl
"Cebhe.info"