Türklər investisiya üçün bu ölkələri seçdilər

Türklər investisiya üçün bu ölkələri seçdilər

Türkiyə iqtisadiyyatının xaricə yönəldiyi son 20 ildə türk investorları xaricə ümumilikdə 58,4 milyard dollar birbaşa investisiya yatırıb.

Bu günə qədər birbaşa xarici investisiyalarda 15,1 milyard dollarla mədənçilik və 11,2 milyard dollarla bank/maliyyə və sığorta sektorları ən böyük paya sahib olub.

Cebhe.info xəbər verir ki, Türkiyə kapitalının birbaşa investisiyaları 4 qitənin 115 ölkəsinə yayılıb.

Türk sərmayədarları son 20 ildə xaricə cəmi 58,4 milyard dollar birbaşa sərmayə qoyduqları halda, 2003-cü ildən bu yana eksponent olaraq artan bu məbləğ ilk dəfə 2005-ci ildə 1 milyard dolları keçib.

Türklərin 115 ölkədə birbaşa sərmayələri olmasına baxmayaraq, baza dövründə reallaşan məbləğin təxminən üçdə ikisinin üç ölkədə reallaşdırıldığı müəyyən edilib.

Niderlandda 17 milyard 420 milyon dollar məcmu gəlirlə birinci yerdədir. Qeyd olunan dövrdə investisiyaların 29,8 faizi bu ölkəyə qoyulub. İnvestisiyaların məcmu məbləğinə görə bu ölkəni 9 milyard 263 milyon dollar və 15,9 faiz payla ABŞ izləyib. Azərbaycan 6 milyard 775 milyon dollar investisiya və 11,6 faiz payla üçüncü yerdə qərarlaşıb.

İngiltərə 3 milyard 528 milyon, Almaniya 3 milyard 411 milyon, Lüksemburq 1 milyard 421 milyon, İsveçrə 1 milyard 333 milyon, Malta 1 milyard 329 milyon, Rusiya 1 milyard 108 milyon, İrlandiya 740 milyon dollarla ilk 10-luqda yer alıblar.

Qeyd edək ki, indiyədək birbaşa xarici investisiyalarda 15,1 milyard dollarla mədənçilik və 11,2 milyard dollarla bank/maliyyə və sığorta sektorları ən böyük paya sahib olub.

Nigar
Cebhe.info