53 il əvvəl öldürülən qadın tapıldı: Sandıqdakı cəsədin sirri

53 il əvvəl öldürülən qadın tapıldı: Sandıqdakı cəsədin sirri

Florida polisi 53 il əvvəl cəsədi sandıq içində tapılan qadının şəxsiyyətini müəyyənləşdirib.

Cebhe.info bu barədə “New York Post”-a istinadən məlumat yayıb.

Onun üzərində zorakılıq izləri olan cəsəd qalıqları 1969-cu il oktyabrın 31-də Sent-Petersberq şəhəri yaxınlığındakı meşədə aşkar edilib. Cəsəd sandıqda olub. Oolis onun şəxsiyyətini müəyyən edə bilməyib və sonradan bu iş şəhərin ən üstü açılmamış cinayətlərindən birinə çevrilib.

Yarım əsr ərzində detektivlər dəfələrlə diş və sümük nümunələri ilə öldürülənin kimliyini müəyyən etməyə cəhd göstərsələr də, bu, nəticə verməyib. Yalnız genişləndirilmiş DNA analizi buna kömək edə bilərdi.

Analiz göstərib ki, qurban beş uşaq anası Silvia Atertondur və ölən zaman 41 yaşı olub.

İstintaqın məlumatına görə, mərhumun əri 1999-cu ildə Las-Veqasda dünyasını dəyişib. İşdə maraqlı bir detal Atertonun heç vaxt itkin düşmüş kimi siyahıya alınmaması idi. Şəhər polisi rəisinin köməkçisi Mixail Kovaçevin sözlərinə görə, 1969-cu ildə iki azyaşlı iki nəfərin meşəyə sandıq atdığını görüb. Kovaçev qeyd edib ki, qurbanın cəsədinin tapıldığı sandıq Aterton ailəsinə məxsusdur, lakin onunla tapıldığı şəhər arasında heç bir əlaqə yoxdur.

Silviyanın qızlarından biri araşdırmanın nəticələrindən şoka düşüb:

“Nə baş verdiyini bilmirdik. Bu, bir rahatlama, kədərli bir rahatlamadır”.

Onun sözlərinə görə, ölümündən bir neçə il əvvəl Silvia Aterton ikinci əri, oğlu və iki qızı ilə Arizonadan Çikaqoya yola düşüb. İndi polis mərhumun bu uşaqlarını axtarır, çünki onların anasının itkin düşməsi və ya ölümü ilə bağlı məlumatı ola bilər.

Xəzər
Cebhe.info