Bakıda qayınata kürəkənini bıçaqlayıb

Bakıda qayınata kürəkənini bıçaqlayıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.

1986-ci il təvəllüdlü Malik Hüseynov yaşadığı fərdi yaşayış evində qayınatası ilə dava edib. Dava zamanı qayınatası bıçaqla M.Hüseynova zərbə vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. O, sağ budun kəsilmiş-deşilmiş xəsarətləri ilə cərrahi əməliyyat edilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Cebhe.info