Gəncədə 3 nəfəri bıçaqlayan şəxs Sumqayıtda saxlanılıb

Gəncədə 3 nəfəri bıçaqlayan şəxs Sumqayıtda saxlanılıb

Gəncədə 3 nəfəri bıçaqlayan şəxs Sumqayıtda saxlanılıb.

Bu barədə Cebhe.info Qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımova istinadən məlumat verir.

Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları 3 nəfər şəxsə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Babək Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Gəncə şəhərində bir ailənin üç üzvünün bıçaqlandığı hadisənin bəzi təfərrüatları da məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirov Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova ilə mübahisə edib. Mübahisə zəminində qadını boyun nahiyəsindən bıçaqlayıb. Həmçinin qadının qardaşını, 1992-ci il təvəllüdlü Elnur Rövşən oğlu Əlimərdanovu kürəyindən, onların qohumu, 1980-ci il təvəllüdlü Elşən Qabil oğlu Əlimərdanovu isə boyun nahiyəsindən bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçıb.

Hər üç zərərçəkən xəstəxanaya yerləşdirilib, cərrahiyyə əməliyyatı olunub.

Cebhe.info