Göygöl sakini həmkəndlisini bıçaqlayıb

Göygöl sakini həmkəndlisini bıçaqlayıb

Göygöldə bıçaqlanma olub.

Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən oğlu həmkəndlisi Nağızadə Ayxan Elçin oğlunun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Ayxan Nağızadə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədovu bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb, Ayxan Nağızadə şübəli şəxs qismində tutulub.

Cebhe.info