"Milan" Rafael Leau ilə müqaviləni yeniləyib

"Milan" Rafael Leau ilə müqaviləni yeniləyib

İtaliya "Milan"ı futbolçusu Rafael Leau ilə müqaviləni yeniləyib.

Klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun sözləşməsinin müddəti 2028-ci il iyunun 30-dək uzadılıb.

Portuqaliya millisinin üzvü 2019-cu ildən Milan şəhərinin eyniadlı təmsilçisinin şərəfini qoruyur. Forvard bu müddət ərzində 162 oyunda meydana çıxıb, 41 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Cebhe.info