Naxçıvanda 31 yaşlı şəxs bıçaqlanaraq öldürülüb

Naxçıvanda 31 yaşlı şəxs bıçaqlanaraq öldürülüb

Naxçıvan MR Şərur rayon Püsyan kəndində kənd sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki , cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulub istintaqa verilməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Cebhe.info