Alimlər müjdəni verdi: Xərçəng müalicə ediləcək

Xərçəngin inkişafının indiyə qədər az öyrənilən mexanizminin araşdırılması xəstənin şiş nümunələri əsasında daha fərdiləşdirilmiş müalicə yanaşmalarına imkan verəcək.
Bu isə xərçənn müalicəsində yenilik deməkdir.
Cebhe.info xəbər verir ki, Cons Hopkins Universitetinin alimlərinin yeni işi “Science Advances” jurnalında dərc olunub.
Xərçəng müalicəsinin müasir standartlarına kimyaterapiya və radiasiya terapiyası daxildir. Bununla belə, bəzi xəstələrdə şiş hüceyrələrində terapiyanın səbəb olduğu qocalmaya bənzəyən fenotip (TIS hüceyrələri) müşahidə olunur. Belə hüceyrələr ənənəvi müalicələrə müqavimət göstərir və qayıdışa səbəb olur.
Mütəxəssislər TIS hüceyrələrinin əmələ gəlməsi prosesini öyrənə biliblər. Bunun üçün onlar şiş hüceyrələrinin üçölçülü holoqramlarını və lazer şüalanmasının ultraqısa impulslarına məruz qalmağı əhatə edən müasir optik mikroskopiya üsullarından istifadə ediblər.
Nəticədə, onlar TIS hüceyrələrinin həm kimyəvi, həm də morfoloji xüsusiyyətlərini müəyyən ediblər.
Xüsusilə, müəlliflər mitoxondrial şəbəkənin yenidən təşkili, lipidlərin həddindən artıq istehsalı, hüceyrələrin sıxılması və genişlənməsini araşdırıblar.
Kəşf xəstə şiş nümunələri əsasında daha fərdiləşdirilmiş müalicə yanaşmalarına imkan verəcək. Bundan əlavə, alimlərin yeni araşdırması xərçəngin diaqnostikası üçün mövcud metodların təkmilləşdirilməsinə kömək edəcək.
Xəzər
Cebhe.info