Alimlər xəbərdarlıq etdi:Böyük təhlükə yaxınlaşır

Alimlər xəbərdarlıq etdi:Böyük təhlükə yaxınlaşır

Norveçli tədqiqatçılar qrupu 2007-ci ildən bəri Arktika buz modellərində sürətlənən dramatik dəyişiklikləri müəyyən ediblər. Məlum olub ki, o vaxtdan bəri çoxillik dəniz buzları nəzərəçarpacaq dərəcədə incəlməyə başlayıb və hər il daha da intensivləşir.

Cebhe.info xəbər verir ki, okeanoqraflar Fram boğazının sularında buzun vəziyyətini təhlil ediblər. Məlum oldu ki, əvvəllər əhəmiyyətli dərəcədə şimala yayılan çoxillik buzun sahəsi indi daha məhduddur.

2005-2007-ci illərdə qeydə alınan anomal isti şərait, əlavə olaraq Sibir və Alyaska sahilləri yaxınlığında suyun istiləşməsi bu gün müşahidə olunan proseslər üçün ilkin şərtlər ola bilər.

Keçən ilin payızında “Bloomberg”-in yaydığı materiallar göstərmişdi ki, Qrenlandiya buzları proqnozlaşdırılandan daha sürətli əriyir. “Qrenlandiya qalxanı”nın planetdə ikinci ən güclü olmasına baxmayaraq proses sürətlə gedir.

BMT-nin Baş katibi Quterreş bu yaxınlarda bildirib ki, son səkkiz ildə ən əhəmiyyətli istiləşmə müşahidə olunub və bu, bir sıra transmilli iqlim təşkilatlarını narahat edib.

Bununla belə, Arktikada son altı əsrdə ən azı üç dəfə istiləşmənin yaşandığını xatırlamaq yerinə düşər.

Xəzər

Cebhe.info