Aygün Kazımova finaldan öncə çıxış edəcək

Aygün Kazımova finaldan öncə çıxış edəcək

Azərbaycanın Xalq artisti Aygün Kazımova kubokun final görüşündə konsert proqramı ilə çıxış edəcək.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat Xidməti məlumat verib.

“Zirə” və “Qarabağ” klubları arasında keçiriləcək final görüşündən öncə Xalq artisti Aygün Kazımova konsert proqramı ilə azarkeşləri salamlayacaq.

PFL-in rəsmiləri Azərbaycan Kubokunun final görüşünün rəngarəng alınması üçün çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, “Zirə” - “Qarabağ” matçı iyunun 2-də baş tutacaq.

"Cebhe.info"