Azərbaycanlı bloger izləyicisinə 30 milyonluq maşın hədiyyə etdi

Azərbaycanlı bloger izləyicisinə 30 milyonluq maşın hədiyyə etdi

Azərbaycanlı məşhur bloger Hüseyn Həsənov izləyicisinə 30 milyon rubl dəyərində olan avtomobil hədiyyə edib

Bloger bununla bağlı sosial şəbəkə hesabında bildirib.

Belə ki, instaqram hesabında yarışma keçirən Hüseyn qalib olan tacikistanlı yeniyetməyə bahalı avtomobil bağışlayıb. Sözügedən yarışda qalib Tacikistandan olan 17 yaşlı 11-ci sinif şagirdi olub.

Qeyd edək ki, qiyməti 30 milyon rubl (təxminən 675 min manat) olan qırmızı rəngdə “Lamborghini Urus” avtomobili yarışda mükafat kimi təqdim edilib.

Cebhe.info