Başı kəsilmiş 37 cəsəd tapılıb: Alimlər şokda

Başı kəsilmiş 37 cəsəd tapılıb: Alimlər şokda

Arxeoloqlar Slovakiyada 7000 il yaşı olan, biri istisna olmaqla, hamısının başı kəsilmiş 38 skeletin olduğu kütləvi məzarlıq aşkar ediblər.

Cebhe.info xəbər verir ki, qalıqlar Avropanın ən böyük neolit ​​yaşayış məskənlərindən biri olan Slovakiyadakı Vra bBe Velke Lexembyu ərazisində tapılıb.

Tədqiqatlar göstərir ki, ilkin araşdırmalar ölümdən sonra başların qəsdən kəsildiyini göstərir. 6 yaşından kiçik uşağa aid yalnız bir skeletin kəllə sümüyü bütöv olub. Arxeoloqlar indi başların niyə bu qədər metodik şəkildə kəsldiyini anlamağa çalışırlar.

"Bu xəbərdarlıq, dəfndən öncə həyata keçirilən ritual, yoxsa ölənlərin xatirəsini yad etmək üsulu olub?",-deyə "Insider" yazır.

Qazıntıları aparan arxeoloq, Kiel Universitetinin antropoloqu Katharina Fuks deyir ki, başı kəsilmiş cəsədlər eyni bölgədəki ənənəvi cəsədlərdən fərqlidir.

Onun sözlərinə görə, qalıqların erkən müşahidəsi başarın çox güman ki, qəsdən kəsildiyini göstərir:

"Kifayət qədər yaxşı qorunan bədənlərdə boyun sümükləri hələ də görünür. Kəllənin bir az altındakı birinci fəqərə bütöv idi. Bu, başların döyüş zamanı kəsilməkdənsə, çox iti alətlərlə kəsildiyini deməyə əsas verir. Orta əsrlərdə qılınc və ya balta ilə başınızı şiddətlə kəsdiyiniz zaman boyun nahiyəsində kəsiklər və sınıqlar görəcəksiniz".

Kiel Universitetinin sosial arxeologiya üzrə professoru, layihə rəhbəri Martin Furholt "Insider"-ə bildirib ki, başın ölümdən əvvəl və ya sonra kəsilib-kəsilmədiyi bəlli deyil:

"Neolit ​​insanlarının ölümdən sonra cəsədlərin başını kəsməsi və başını özləri ilə aparması barədə bir neçə məlumat var. İnsanlar tez-tez bu başları evlərində və ya başqa yerlərdə saxlayırdılar".

Xəzər

Cebhe.info