Böhranı qapıda: Kakao fabrikləri istehsalı dayandırdı

Böhranı qapıda: Kakao fabrikləri istehsalı dayandırdı

Fil Dişi Sahili və Qanadakı iri kakao fabrikləri toxum xərclərini ödəyə bilmədiklərinə görə istehsalı azaltmaq və ya dayandırmaq qərarına gəliblər.

Nəticədə dünya kakao istehsalının yüzdə 60-ını qarşılayan iki ölkədən gələn xəbərlərin ardından bütün dünyada kakao qiymətləri əhəmiyyətli dərəcədə artıb.

"Cebhe.info" xəbər verir ki, qitələrarası birjada bir ton kakaonun qiyməti rekord səviyyəyə, 11 min 722 dollara çatıb.

Uzunmüddətli quraqlıq və leysan yağışları kimi əlverişsiz hava şəraiti kakao təchizatında problemlərin əsas səbəbi kimi göstərilsə də, təhlükəli bitki xəstəlikləri də məhsuldarlığa mənfi təsir edib.

Məhz kakao ağaclarının qurumasına səbəb kimi “CSSVD” virusu göstərilib.  

Keçən ilki hava şəraiti El Nino da kakao qiymətlərinin artmasına səbəb olan amillər arasında idi.

Aprel ayında kakaonun kəskin yüksəlişindən sonra tədarük narahatlıqları azaldı, qiymətlər 27 aprel - 4 may tarixində 24 faizdən çox enişlə 7 min dolların altına düşdü.

Hava ilə bağlı narahatlıqlar yenidən gündəmə gəldiyi üçün kakao qiymətləri yenidən yüksəlməyə başlayıb. Qitələrarası birjada bir ton kakaonun qiyməti dünən 7,8 faiz artaraq 9 min 980 dollara çatıb.

Analitiklər qiymətlərdəki bu artımın dünyanın ikinci ən böyük kakao istehsalçısı olan Qanadakı tədarük narahatlığı ilə bağlı olduğunu bildiriblər.

Qananın 350 min tona qədər kakao paxlasının tədarükünün azlığı səbəbiylə gələn mövsümə təxirə salmağı planlaşdırdığı xəbəri qiymət artımına səbəb olub.

Qlobal iqlim dəyişikliyinin yaratdığı əlverişsiz hava şəraiti, təhlükəli bitki xəstəlikləri və kakao təsərrüfatlarını əvəz edən qeyri-qanuni qızıl hasilatı səbəbindən ölkədə kakao istehsalı azalır.

Qanalı fermerlərin qaçaqmalçılıq yolu ilə qonşu ölkələrə kakao paxlasını apararaq orada daha yüksək gəlir əldə etmək üçün satması ilə bağlı iddialar da qiymətlərin kəskin artmasına dəstək verib.

İlin əvvəlindən bir ton kakaonun qiyməti təxminən 135 faiz artıb.

Ləman İsmayıl
"Cebhe.info"