Bu şəxslər xərçəngdən daha çox ölür: Həkim xəbərdarlığı

Bu şəxslər xərçəngdən daha çox ölür: Həkim xəbərdarlığı

Yağ və karbohidratların balanssızlığı bədənə zərər verir və insanın ömrünü qısaldır.

Cebhe.info “The Journal of Nutrition”-a istinadən xəbər verir ki, yapon həkimləri yeni araşdırmanın nəticələrini təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Alimlər 35-69 yaş arası təxminən 35 min kişi və 46 min qadının məlumatlarını qiymətləndiriblər.

Məlum olub ki, xərçəngin inkişafı karbohidratların qeyri-kafi istehlakını artırır. Bu, xüsusilə kişilərə aiddir. Onların araşdırması göstərib ki, çox yağlı qidalar qəbul edən kişilərin xərçəngdən ölmə ehtimalı daha yüksəkdir.

Alimlərin fikrincə, qida rasionunda karbohidrat az olarsa və ya əksinə, yağ çox olarsa, insan təhlükə altındadır.

Bundan əlavə, isveçli mütəxəssislər müəyyən vitaminlərin həddindən artıq dozası ilə xərçəngə səbəb ola biləcəyini müəyyən ediblər.

“Məlumatların təhlili göstərdi ki, orqanizmdə E və C vitaminlərinin artıqlığı yeni qan damarlarının böyüməsini stimullaşdırır, nəticədə toxumaların oksigenlə həddindən artıq doyması baş verir. Həmçinin, bu vitaminlər antioksidantdır və toxumalarda oksidləşdirici prosesləri boğur. Bu şərtlər xərçəng hüceyrələrinin inkişafı üçün əlverişlidir”, -deyə “The Journal of Clinical Investigation” yazır.

Xəzər
Cebhe.info