“Çakır”la bağlı sual gündəm oldu – VİDEO
Türkiyənin “ATV” telekanalında yayımlanan “Kim milyonçu olmaq istəyər?” yarışmasının yeni mövsümü başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, yeni mövsümdə layihənin aparıcısı məşhur aktyor Oktay Kaynarca olacaq.
Elə sevilən sənətçinin aparıcı olduğu ilk bölümdə maraqlı anlar yaşanıb.
Belə ki, yarışmada iştirak edənlərin birinə Oktay Kaynarcanın canlandırdığı əfsanəvi “Süleyman Çakır” obrazı ilə bağlı sual ünvanlanıb. Aparıcı sualı oxuyanda təəccübünü gizlədə bilməyib.
20 min lirə dəyərindəki sual belə olub:
“43-cü bölümdə vuruldu, 45-ci bölümdə öldü deyən bir “Kurtlar Vadisi” heyranının bəhsetdiyi xarakter hansıdır?”.
İştirakçı isə doğru olan “Süleyman Çakır” cavabını verib. Oktay Kaynarca da öz növbəsində “nostalji sualı olub, maraqlı idi” deyib.
Sözügedən anlar xeyli marağa səbəbə olub və sosial şəbəkələrdə də trendə düşüb.
Həmin videonu təqdim edirik:
Elmir Mustafa
“Cebheinfo.az”