Dahilər ən çox bu ayda doğulurlar

Dahilər ən çox bu ayda doğulurlar

Amerikalı mütəxəssislər 6-15 yaş arası məktəblilərin məlumatlarını öyrəndikdən sonra maraqlı nəticələr əldə ediblər.

Onlar ən ağıllı və çalışqan uşaqların hansı ayda doğulduğunu müəyyənləşdiriblər.

Cebhe.info xəbər verir ki, Milli İqtisadi Tədqiqatlar Bürosunun alimləri bir milyondan çox şagirdin fəaliyyətini təhlil etdikdən sonra maraqlı fakt aşkar ediblər.  Avqustda doğulan uşaqlar məktəbdə ən aşağı qiymətləri, sentyabrda doğulanlar isə ən yüksək qiymətləri alıblar.

Tədqiqatçılar onu da müəyyən ediblər ki, sentyabr ayında doğulan uşaqlar ən prestijli kollec və universitetlərə qəbul olunurlar.

Alimlər qeyd edirlər ki, ABŞ-da uşaqlar tam altı yaşında məktəbə başlayırlar, sentyabr-dekabr ayları arasında doğulanlar yaz və ya yayda doğulanlara nisbətən üstünlük təşkil edirlər - hətta bir neçə ay əhəmiyyətli nailiyyət fərqinə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, səbəblərdən biri də budur.

Onların digər arqumentləri də maraqlıdır . Alimlər Florida ştatındakı həbsxanalardakı məhbuslarla bağlı məlumatları öyrəniblər və belə nəticəyə gəliblər ki, sentyabr ayında doğulanların yeniyetmə yaşlarında törətdikləri cinayətlərə görə məhkum olma ehtimalı azdır.

Xəzər
Cebhe.info