Dənizdə çimmək soyuqdəymə yaradır?

Dənizdə çimmək soyuqdəymə yaradır?

İnsan üçün əhəmiyyətli bir amil bədən istiliyidir.

Həkim-infeksionist Vladimir Neronov dəniz kənarında istirahət zamanı soyuqdəymənin mümkünlüyünü dəyərləndirib.

"Cebhe.info" xəbər verir ki, RIAMO -ya müsahibəsində tibb elmləri doktoru deyib:

"Soyuqdəymə və ya digər xəstəliklər varsa, dənizdə üzmək müəyyən tövsiyələrə və məhdudiyyətlərə əməl olunarsa, təhlükəsiz ola bilər".

Onun sözlərinə görə, hər şey bədən istiliyindən asılıdır:

"Yüksək hərarət yoxdursa,  üzə bilərsiniz".

Neronov qeyd edib ki, bu, dənizdə üzmək üçün birbaşa əks göstəriş deyil.

Bununla belə, o, soyuqla əlaqəli simptomların suda olduqdan sonra pisləşə biləcəyi barədə xəbərdarlıq edib. Dənizdə üzmək yüksək hərarəti olan insanlar üçün təhlükəli ola bilər:

"Belə əlamətlər bədənin infeksiya ilə fəal mübarizə apardığını göstərir və bu vəziyyətdə üzgüçülük fəsadlara səbəb ola bilər".

İnfeksionist belə bir vəziyyətdə üzgüçülükdən imtina etməyi və təcili olaraq həkimə müraciət etməyi tövsiyə edib. 

Xəzər 
"Cebhe.info"