Elgiz Rövşanədən üzr istədi: “Canımla əlləşirəm”

Tanınmış aparıcı Elgiz Əkbər həmkarı Rövşanə Ağasəfqızından canlı edirdə üzr istəyib.
Belə ki, buna səbəb bir neçə gün əvvəl Əməkdar artist Qorxmaz Əlilinin "Elgizlə izlə" verilişində aparıcı Rövşanə Ağasəfqızını sərt tənqid etməsi olub.
Yenisabah.az xəbər verir ki, növbəti dəfə verilişin qonağı olan aktyor aparıcını tərbiyəsiz adlandırmadığını və sözlərinin yanlış anlaşıldığını bildirib.
Elgiz Əkbər də həmkarına təriflər yağdıraraq ondan üzr istəyib:
"Rövşanə xanım deyir ki, "İllərdir dostluq edirik. Birlikdə çalışımışıq, evimə gələn insansan". Dediklərinin hamısı da düzdür. Mən də and içməkdən ölmüşəm ki, canımla əlləşirdim. Xəstə idim, 10 gündür özümə gələ bilmirdim. Yaman günə düşmüşəm. Buradan bildirirəm ki, dediklərinizin hamısı düzdür. Rövşanə xanımın elm sahəsində fəaliyyəti var. Gözəl televiziyaçı, pedaqoq, ana, yaxşı bir nəslin nümayəndəsidir. Verilişdə əgər belə bir şey olubsa, mən şəxsən üzr istəyirəm. Sən hər şeyin ən gözəlinə layiqsən".
"Cebhe.info"