Elşad Xose: "Onun beynini dolduran qadınlar var"

Elşad Xose: "Onun beynini dolduran qadınlar var"

"Qadınlar indi daha rahat yaşayırlar. Evimdə xanımın rahat olanda mən də rahat oluram. Amma qadın həmişə narazıdır. Çünki onun beynini dolduran qadınlar var. Qadın dünyaya kişiyə kömək üçün gəlib. Tək-tək kişi qadınsız özünü dərk edə bilər. Ona görə də lazımlı qadın olmalıdır. Amma əksər hallarda qadın kişini çaşdırır. Kişi intellekt, qadın intiusiyadır".

"Cebheinfo.az" xəbər verir ki, bunu reper Elşad Xose aparıcı Ülvira Qarayevanın yutubda yayımlanan "AStar" layihəsində açıqlamaları ilə diqqət çəkib.

Reper aparıcının "Qadına əl qaldırmısan" sualına belə cavab verib: "O sizə niyə maraqlıdır ki? Əsəbləşəndə...Mən demirəm ki, bu yaxşı haldır. Sadəcə hər şeyi başa düşməyə çalışmaq lazımdır. Kim səhvsizdir ki? Hərdən yüngül qalxan əl hər şeyi yerbəyer edir. Hərdən də heç balta da heç nəyi həll etmir. Lətifəsi bizdən uzaq".

Elşad Xose pis vərdişindən uzaqlaşamasından da danışıb: "Hazırda nisbi sağlamam. Sağlam olmaq üçün öncədən yolunu düz getməlisən. Sağ-sola gedən zaman onu düzəltmək lazım olur. Ona görə də hamı nisbətən sağlamdır. Mən pis vərdişdən uzaq olmaq üçün güclü müalicə edilməmişəm. Əvvəldən bilirdim ki, pis vərdişdən uzaqlaşmalıyam. Sadəcə bu təklik tələb edirdi. Əsas istəkdir. Sağalmaq istəməyən adamı sağaltmaq çətindir".

Qeyd edək ki, Elşad Xose Lətifə adlı xanımla evlidir.

"Cebheinfo.az"