Ən prestijli peşələr hansılardır?

Ən prestijli peşələr hansılardır?

Sosioloqlar hansı peşələrin daha prestijli olduğunu müəyyən ediblər.

“Cebhe.info” xəbər verir ki, bu barədə RBC-nin son sorğuya istinadən verdiyi məlumatda bildirilir.

Ən yaxşı peşələr arasında İT mütəxəssisi, alim, mühəndis və həkim var. Sorğuda iştirak edənlərin 51%-i İT peşəsinin nüfuzunu yüksək sayıb.

Tədqiqatçı və alimin işini respondentlərin 38%-i, mühəndisin isə 37%-i eyni şəkildə qiymətləndirib. Bu arada sorğu iştirakçılarının 30%-i həkim və tibb bacılarının işini prestijli hesab edir.

14% yaradıcı peşələri prestijli hesab edir.

Sorğuda iştirak edən rusların yalnız 6%-i ofis ixtisaslarını belə adlandırıb.

Xəzər
“Cebhe.info”