Əsəbi yeməklə də azaltmaq olar

Əsəbi və narahat insanlar düzgün pəhriz seçməlidirlər.
“Cebhe.nfo” NSN-əistinadən yazır ki, bu barədə dietoloq Marqarita Koroleva danışıb.
Qidalanma mütəxəssisi menyuya yağlı dəniz balıqlarının daxil edilməsini məsləhət görüb. O, ən yaxşı antistres məhsulu kimi şimal dənizlərinin, xüsusən də Qara dənizin soyuq sulu balıqlarını, həmçinin balıq yağını adlandırıb. Mütəxəssisin sözlərinə görə, bu məhsullar asanlıqla həzm olunan zülal və faydalı minerallar kompleksinin mənbəyi kimi xidmət edir, həmçinin orqanizmdə iltihabi prosesləri minimuma endirir.
O qeyd edib ki, balıqda yağ turşularının səviyyəsi nə qədər yüksəkdirsə, o, sinir sistemi üçün bir o qədər faydalıdır: ”Çünki bu turşular orqanizmin hər bir hüceyrəsinin lipid mantiyasının sağlamlığını qoruyur”.
Eyni zamanda brend aşpaz Maksim Kuznetsov əlavə edib ki, qida rasionuna tünd şokolad və yaşıl çay daxil etmək məsləhətdir. Birincinin tərkibində endorfinlərin istehsalını stimullaşdıran feniletilamin, yaşıl çayın tərkibində isə beyində qamma-aminobutirik turşunun (GABA) səviyyəsini artırmağa kömək edən L-theanine amin turşusu var ki, bu da stress və narahatlıq səviyyəsinin azalmasına səbəb ola bilər.
Xəzər
“Cebhe.info”