Evdəki bu əşyalar insanı xoşbəxtlikdən məhrum edir - DİQQƏT

Evdəki bu əşyalar insanı xoşbəxtlikdən məhrum edir - DİQQƏT

Robot tozsoran kimi müstəqil məişət texnikası insanların ev işlərini yerinə yetirməkdən duyduğu məmnuniyyətdən məhrum edə bilər.

Halbuki bu hiss həyatın mənasını tapmaq üçün mühüm mənbədir.

Cebhe.info xəbər verir ki, bu barədə “EurekAlert” yazır. “Əllərinizlə evi təmizləmək insan ruhundakı boşluğu dolduraraq insanları daha da xoşbəxt edə bilər,-deyə bildirilir.

“Araşdırmalarımız göstərir ki, əl əməyinin dəyəri bəzi istehlakçıları avtonom avtomobillərdən uzaqlaşdırır. Belə istehlakçılar müstəqil məhsullara daha mənfi münasibət bəsləyir, həmçinin onların mənfi cəhətlərinə inanmağa və üstünlüklərinə inanmamağa meyllidirlər”, - deyə tədqiqatın həmmüəllifi marketoloq Emanuel de Bellis bildirib.

Əl əməyinə məhəbbət həm də mexaniki ötürücülü maşınların seçimində və ya qabyuyan maşının rədd edilməsində də özünü göstərir.

Xəzər
Cebhe.info