Evdən 300 sahibsiz pişik çıxdı

Hindistanın Maharaştra əyalətinin Pune şəhərində bir binanın sakinləri mənzillərin birindən gələn pis qoxu və qeyri-gigiyenik şəraitdən şikayətləniblər.
“Cebheinfo.az” xəbər verir ki, bələdiyyə qrupları 9-cu mərtəbədəki mənzildə təxminən 300 sahibsiz pişiyin yaşadığını müəyyən ediblər.
Bələdiyyə mənzil sahibinə evdən pişikləri çıxarması üçün iki gün vaxt verib.
Pişiklər müəyyən olunmuş müddətdə buraxılmasa, bələdiyyə sığınacaqlarına aparılacaq.
Əfsanə Rəcəb
“Cebheinfo.az”