Gözümüzdə gəzdirdiyimiz TƏHLÜKƏ

Gözümüzdə gəzdirdiyimiz TƏHLÜKƏ

Yay aylarında daha çox istifadə edilən gün eynəkləri gözümüzü UV şüalarından qorumaqda çox mühüm rol oynayır.

"Cebhe.info" xəbər verir ki, ultrabənövşəyi şüalara məruz qalma kataraktanın inkişafına, həmçinin gözün arxa sinir təbəqəsinin müəyyən qədər zədələnməsinə səbəb ola bilər. Xüsusilə mavi dalğa uzunluğundakı şüaların gözün arxa tor qişasına çatması makula (sarı ləkə) adlanan görmə mərkəzimizin zədələnməsinə və görmənin azalmasına səbəb olur. Buna görə də günəş eynəklərindən istifadə etmək gözləri zərərli UV şüalarından qorumaqda böyük əhəmiyyət kəsb edir.

Xüsusilə UV filtrləmə funksiyası olmayan gün eynəklərinin xeyirdən çox zərəri var. Çünki bu eynəklərlə qaranlıq mühitdə göz bəbəkləri böyüyür və süzülməmiş UV şüalarının gözün arxa təbəqəsinə çatması asanlaşır. Bu səbəbdən qoruyucu xüsusiyyəti olmayan bu eynəklərdən heç vaxt istifadə edilməməlidir. Günəş şüalarını bloklayan “UV 400” etiketli gün eynəkləri gözlərinizi və göz ətrafındakı zərif dərini sağlam saxlamağa kömək edir və əlavə olaraq sizə rahat görmə imkanı yaradır.

Keyfiyyətli gün eynəklərinin etibarlı qeydiyyat sertifikatı olmalıdır. 1995-ci ildən Avropa İttifaqı standartlarına uyğun keyfiyyətli eynəklərin üzərində CE (Conformité Européene) işarəsi var.

Naibə

"Cebhe.info"