Gündə 4 fincandan çox içsəniz: Həkim xəbərdarlıq etdi

Həddindən artıq çox qəhvə içməyin fəsadlarını var.
Cebhe.info xəbər verir ki, bu barədə dietoloq Elena Solomatina danışıb.
Onun sözlərinə görə, söhbət gündə dörd fincandan çox qəhvə içməkdən gedir.
"Həddindən artıq kofein əllərin titrəməsinə, qan təzyiqinin artmasına, baş ağrısına və ürəkbulanma hissinə qədər taxikardiya ola bilər",- deyə həkim xəbərdarlıq edib.
Solomatina qeyd edib ki, qəhvənin həddindən artıq dozası səbəbindən bədəndə susuzlaşma başlayır. Onun əlamətləri diqqəti cəmləyə bilməmək və ağız quruluğudur.
Bundan əlavə, çox miqdarda qəhvə sinir sisteminə pis təsir göstərir, əsəbilik, narahatlıq yaradır. Solomatina əlavə edib ki, qəhvənin həddindən artıq istehlakı hətta ishalla nəticələnə bilər.
Xəzər
Cebhe.info