Hansı daha faydalıdır: Ağ, yoxsa qırmızı şərab?

Rusiyanın M. Vladimirski adına Klinik İnstitutunun (MONIKI) tədqiqatçısı, endokrinoloq Natalya Balaşova qırmızı və ya ağ şərabın daha sağlam olması ilə bağlı mübahisələrə son qoyub.
“Cebhe.info” xəbər verir ki, mütəxəssis “RİA Novosti” agentliyinə müsahibəsində "Çox güman ki, qırmızı şərab içməyin faydaları ağ şərabdan daha çox olacaq",-deyib.
O izah edib ki, qırmızı şərabın tərkibindəki resveratrol qan damarlarının divarlarını gücləndirir və qan təzyiqini aşağı salır.
"Qırmızı şərabın tərkibində daha çox resveratrol var",- deyən Balaşova mbu addənin həm də iltihab, antioksidant və yaşlanma əleyhinə təsirlərə malik olduğunu bildirib.
Bununla belə, resveratrolun gündəlik normasını əldə etmək üçün təxminən yeddi litr şərab içmək lazımdır, bu isə həddən artıq çoxdur. Endokrinoloq xəbərdarlıq edib ki, qırmızı şərabdan sui-istifadə etmək olmaz.
Xəzər
“Cebhe.info”