Məşhur aktrisa "Güldür Güldür"ə qayıtdı - FOTO

Məşhur aktrisa "Güldür Güldür"ə qayıtdı - FOTO

Türkiyənin "Show" telekanalının sevilən komediya proqramı "Güldür Güldür" izləyicilərini sevindirəcək addım atıb.

"Cebhe.info" xəbər verir ki, layihə yeni mövsüm öncəsi ilk həmləsini edib.

Belə ki, sevilən aktrisa Ecem Erkek geri qayıdacaq. O, yeni mövsümdən etibarən yenidən "Naime" obrazı ilə tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, layihənin 12-ci mövsümü sentyabr ayında başlayacaq.

Elmir Mustafa
"Cebhe.info"