Məşhur müğənni boşandığını elan etdi

Məşhur müğənni boşandığını elan etdi

Amerikalı müğənni Britni Spirs əri, aktyor və fitnes məşqçisi Sem Askari ilə rəsmən boşanıb.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.

“Dekabrın 2-də estrada ulduzunun subay qadın olduğu rəsmən elan edilib”, - məlumatda deyilir.

Xatırladaq ki, cütlük 2022-ci ildə ailə həyatı qurub. Nikah qapalı mərasimlə baş tutub.

"Cebheinfo.az"