Məşhur qadınların seksual şəkillərini hazırlayan şəxs saxlanılıb
Cənubi Koreya polisi 72 məşhur qadının saxta seksual “deepfake” şəkillərini hazırlayan və satan Çin vətəndaşını saxlayıb.
"Cebheinfo.az"-ın "Yonhap"-a istinadən xəbərinə görə, polis şübhəlinin hazırladığı süni intellekt dəstəkli proqramla 72 məşhur qadının 4313 "saxta seksual görüntüsü" hazırladığını açıqlayıb.
Polis yanvar-mart ayları arasında yaratdığı "deepfake" şəkillərini sataraq təxminən 3 min dollar qazanan Çin vətəndaşının saxlanıldığını bildirib.
Bundan əlavə, polis daha bir Çin vətəndaşının "deepfake" də daxil olmaqla 14 min 526 cinsi məzmunlu görüntü yaydığı səbəbilə saxlanıldığını açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"