“Nihal” o olacaq - FOTOLAR

“Nihal” o olacaq - FOTOLAR

“Aşk-ı Memnu” serialı əsasında çəkiləcək filmdə “Nihal Ziyagil” obrazını gənc aktrisa Helin Kandemir canlandıracaq.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 2004-cü ildə İstanbulda anadan olan aktrisa ilk dəfə 2013-cü ildə "Ötesiz İnsanlar" serialına çəkilib.

O, "Kız Kardeşler" filmindəki roluna görə Beynəlxalq İstanbul Film Festivalında Ən Yaxşı Qadın Aktrisa Mükafatını alıb.

Qeyd edək ki, izlənmə rekordları qıran “Aşk-ı Memnu” serialı əsasında film çəkiləcək.

Ekran işi rəqəmsal platformada təqdim olunacaq.

Xatırladaq ki, filmdə “Bihter Ziyagil” obrazını aktrisa Farah Zeynep Abdullah canlandıracaq.

Cebhe.info